Mahir Mədətov qapıçının burnunu sındırdı — FOTO / VİDEO

Mahir Mədətov qapıçının burnunu sındırdı — FOTO / VİDEO

Azərbaycan Premyer Liqasının XXV turunda "Qarabağ"la oyunda "Keşlə"nin qapıçı Şahin Zəkiyevin burnu sınıb.
Realxeber.org .az "Ölkə.Az"a istinadən xəbər verir ki, o, 17-ci dəqiqədə buraxılan ilk qol zamanı zədələnib.

"Qarabağ"ın hücumçusu Mahir Mədətovun dizi 19 yaşlı Şahin Zəkiyevin burnuna tuş gəlib. O, 23-cü dəqiqədə Davud Kərimi ilə əvəzlənib. Gənc qapıçı xəstəxanaya çatdırılıb.

Onun burnunda və almacıq sümüyündə sınıq var.
Qeyd edək ki, sözügedən oyunda "Qarabağ" "Keşlə"nini 3:0 hesabı ilə məğlub edib.

19-04-2019, 14:45



Fikirlər