Sevgilisini məhkəmədə bağışladı: Bakıda film kimi hadisə - TƏFƏRRÜAT

Sevgilisini məhkəmədə bağışladı: Bakıda film kimi hadisə - TƏFƏRRÜAT

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Gülnar Şərifovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə ifadə verən təqsirləndirilən G.Şərifova bildirib ki, qeyri-rəsmi nikah münasibətində yaşadığı, özündən 5 yaş kiçik olan Elçin Zeynalovla əvvəl də mübahisə edib: "Elçin işdən evə əsəbi gəlmişdi. Mənimlə mübahisə etdi, sonra əsəbləşib, bıçaqla onu vurdum. Əsəbi idim, indi çox peşmanam".

Zərərçəkmiş E.Zeynalov şikayətçi olmadığını, onu bağışladığını deyib.

Daha sonra məhkəmə istintaqı başa çatıb.

Prokuror G.Şərifovanın 3 il müddətinə azadlıqdan məhrum edilməsini, qadının azyaşlı uşağı 14 yaşına çatana qədər hökmün icrasının təxirə salınmasını istəyib.

Məhkəmənin hökmü ilə G.Şərifovaya şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

İttiham aktına əsasən, 2018-ci ilin iyun ayının 1-də Bakı şəhərində G.Şərifova qeyri-rəsmi yaşadığı, özündən 5 yaş kiçik olan Elçin Zeynalovla mübahisə edib. Mübahisə zəminində o, E.Zeynalovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

G.Şərifova barəsində Cinayət Məcəlləsinin 126.1-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. (trend)

17-04-2019, 16:38



Fikirlər