Azərbaycanda market müdiri intihar edib

Azərbaycanda market müdiri intihar edib

Bərdə rayonunda intihar hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində rayon icra hakimiyyətinin yaxınlığında qeydə alınıb.

Rayon sakini 32 yaşlı Tofiq İsgəndərov özünü evlərin həyətində yerləşən çardaqdan iplə asaraq intihar edib. İntiharın hansı səbəbdən baş verməsi bilinmir.

T.İsgəndərovun "Araz” marketin Bərdə filialının müdiri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

15-04-2019, 13:41



Fikirlər