Bakıda Novruz yarmarkaları bu ünvanlarda keçiriləcək – SİYAHI

Bakıda Novruz yarmarkaları bu ünvanlarda keçiriləcək – SİYAHI


Nazirlik məlumat yaydı.

Novruz bayramı ərəfəsində Bakıda təşkil olunacaq kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının ünvanları açıqlanıb.

Kənd Təsərrüfatı Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Novruz bayramı ilə əlaqədar Bakı şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının və möhtəkirliyin qarşısının alınması məqsədi ilə 14-19 mart 2015-ci il tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Paytaxtın aşağıdakı rayonlarında və ünvanlarında kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçiriləcək:

Xətai rayonu (2 ünvanda):
Ukrayna dairəsinin yanı;
Bakı kinoteatrının yanı;

Nəsimi rayonu
S.Vurğun küçəsi 73, Təzə Bazarın ərazisi;

Yasamal rayonu
Akim Abbasov küçəsi, İran klinikasının yanı;

Nərimanov rayonu
Gənclik metrosunun yanı;

Səbail rayonu
Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, məktəbin arxası;

Suraxanı rayonu (2 ünvanda)
Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev 2, “Vətən Şəhidləri Unudulmur” abidələr kompleksinin və hərbi hissənin yanı
Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi 12;

Binəqədi rayonu
Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlığı.

Bayram günlərində Bakı şəhərinin digər yerlərində də yarmarkaların keçirilməsi nəzərdə tutulmuşdur. Bu barədə əlavə məlumat veriləcəkdir.

12-03-2015, 13:41



Fikirlər