İslamabad-Bakı birbaşa reysi açıla bilər

İslamabad-Bakı birbaşa reysi açıla bilər

Pakistan İslamabad-Bakı birbaşa reysinin açılması imkanlarını nəzərdən keçirib.

Realnews.Az Trend-ə istinadən xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand Bakıda Azərbaycan-Türkiyə-Pakistan forumunda deyib.

Səfir bildirib ki, bu, turizmin inkişafına və hər iki ölkədə turizm axınının artımına xidmət edəcək.

Türkiyənin Sənayeçilər və Sahibkarlar Assosiasiyasının prezidenti Yaşar Doğan öz növbəsində hər bir ölkənin iqtisadiyyatında kiçik və orta sahibkarlığın rolunun vacibliyini qeyd edib. Onun sözlərinə görə, sahibkarlığın inkişafı üçün bütün imkanlardan istifadə etmək lazımdır.

11-04-2019, 14:19



Fikirlər