Aygünü ölümlə hədələyiblər

Aygünü ölümlə hədələyiblər

Xalq artisti Aygü Kazımovanı ölümlə hədələyiblər.

Realnews.az axşam.az-a istinadən bildirir ki, bu haqda müğənninin illərdir yanında olan köməkçisi Almaz Mustafayeva deyib. O, bu haqda "MTV Azərbaycan"da yayımlanan "Üç canlı" proqramında danışıb.

Almaz bildirib ki, hadisə Kazımovanın 20 il əvvəl baş tutan "Aygün bir gün" adlı konsertindən bir gün əvvəl yaşanıb:

"Aygün Kazımovanı konsertindən qabaq hədələmişdilər. Telefonla zəng vurub dedilər ki, sabah səhnəyə çıxsan, səni öldürəcəyik. Bir anlıq donub qaldı. Bu, solo konsertindən bir gün qabaq baş verdi. O gündən sonra çalışıram ki, Aygün xanım konsert ərəfəsində telefona yaxınlaşmasın".

11-04-2019, 12:59



Fikirlər