Bakıda 18 yaşlı qız oğlanı bıçaqladı

Bakıda 18 yaşlı qız oğlanı bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi qeydə alınıb.

Realnews.az-a istinadən xəbər verir ki, bu barədə Oxu.Az-a Nizami rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, aprelin 8-də, gündüz saatlarında 20 yaşlı paytaxt sakini Yusifov Anar Pirəli oğlu döş nahiyəsinin deşici bıçaq yaraları ilə 3 saylı Şəhər Kliniki xəstəxanasına daxil olub.

Araşdırma nəticəsində insidentin A.Yusifovun Nəsimi küçəsi, ev 2 ünvanında (evin qarşısında) baş verdiyi müəyyən edilib.

25-ci polis bölməsinin əməkdaşları şübhəli şəxs qismində 18 yaşlı S.S.-ni saxlayıb (saxlanılan şəxsin adı hələlik açıqlanmır).

İlkin məlumata görə, bıçaqlanma gənclər arasında olan şəxsi münasibətlər zəminində baş verib.

9-04-2019, 14:57



Fikirlər