Bakıda bu küçə ilə bağlı sürücülərə xəbərdarlıq edildi

Bakıda bu küçə ilə bağlı sürücülərə xəbərdarlıq edildi
Bakı şəhəri, Suraxanı rayonu Əhməd Mehbalıyev küçəsində üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılır.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Anews.az-a verilən məlumata görə, işlər avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə aparılır.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

9-04-2019, 13:22



Fikirlər