17 yaşlı oğlanın boynunu sındırıb öldürdü və... - Azərbaycanda tükləri BİZ-BİZ EDƏCƏK OLAY

17 yaşlı oğlanın boynunu sındırıb öldürdü və... - Azərbaycanda tükləri BİZ-BİZ EDƏCƏK OLAY

Meyiti kəndin kənarındakı sahibsiz yarımçıq tikilidə gizlədib

Lənkəran rayonunda qətl hadisəsi baş verib.


Belə ki, Digah kənd sakini, 2001-ci il təvəllüdlü Əkbər İlkin oğlu Quliyev həmkəndlisi, 2002-ci il təvəllüdlü Şamil Əmirəstan oğlu Bağırovu şəxsi münaqişə zəminində boğaraq qətlə yetirib. O, həmkəndlisini idman fəndi işlədərək boynunu sındırıb. Daha sonra meyiti kəndin kənarındakı sahibsiz yarımçıq tikilidə gizlədib. Ş.Bağırovun ailə üzvləri övladlarının Bakıda olduğunu bildikləri üçün onun evə gəlməməsi barədə polisə müraciət etməyiblər.

Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Quliyev saxlanılıb. Meyit gizlədildiyi yerdən götürülərək Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb və müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.

Qeyd edək ki, Ə.Quliyev bir neçə il qaydasız döyüş növü ilə məşğul olub.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır. (Report)

6-04-2019, 13:06



Fikirlər