Bakıda bağçada bədbəxt hadisə: Dolab uşağın üzərinə aşdı - VİDEO

Bakıda bağçada bədbəxt hadisə: Dolab uşağın üzərinə aşdı - VİDEO

Bakının Binəqədi rayonunda yerləşən bağçalardan birində bədbəxt hadisə baş verib.

Bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb.

Məlumatlara görə, "Gənclər evi”ndə təhsil alan dörd yaşlı uşağın üzərinə paltar dolabı aşıb. Aprelin 1-də baş verən hadisə nəticəsində azyaşlının qolu sınıb və tərbiyəçi tərəfindən dərhal xəstəxanaya çatdırılıb.

"Gənclər evi”ndən Oxu.Az-a verilən məlumata görə, uşağın həyati təhlükəsi yoxdur və vəziyyəti yaxşıdır.

"Xəsarət alan uşaq 2015-ci il təvəllüdlü Hüseyn Talıblıdır. Günün birinci yarısında "Gənclər evi” müxtəlif dərnəklər üçün istifadəyə verilir. Dərnəklərdə müxtəlif mövzularda uşaqlara dərslər keçirilir. Hadisə də həmin vaxt baş verib”.

4-04-2019, 16:46



Fikirlər