Mehriban Əliyeva şəhid polkovnikin ailəsinə ev verdi

Mehriban Əliyeva şəhid polkovnikin ailəsinə ev verdi

Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə aprelin döyüşlərində şəhid olan polkovnik Sanan Axundov ailəsinə yeni mənzil verildi.

Bu barədə haqqın.az-a məlumat daxil olub.

Məlumatda qeyd olunur ki, Heydər Əliyev Fondunun nümayəndələri şəhid ailəsi ilə görüşüblər. Sanan Axundov ailəsinə məlumat verilib ki, Mehriban Əliyevanın tapşırıqlarına əsasən, onların problemi həll olunub və onlara Bakının Nərimanov rayonunda yeni mənzil verilib.

Qeyd edək, aprel şəhidi Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova bildrib ki, Şərurlu İsfəndiyarın onun ailəsinə məxsus olan evi əlindən alıb. O bildirib ki, bu barədə Ali Məhkəmə qərar çıxarıb. Şəhid ailəsindən onlara məxsus olan evə görə 100 min manat pul istənilib.

Məlumata görə, S. Axundov şəhid olmamışdan bir neçə il əvvəl Kamran MMC-nin tikdiyi binadan 50 kvadratmetr yer götürüb, sonra "Kamran MMC”nin işçiləri barəsində cinayət işi başlanılıb və binanın 11 mərtəbəsini biznesmen Şərurlu İsfəndiyar alıb.

29-03-2019, 18:26



Fikirlər