Türkiyədə daha bir zəlzələ

Türkiyədə daha bir zəlzələ

Türkiyənin Malatya bölgəsində zəlzələ meydana gəlib.
Publika.az xəbər verir ki, yerli vaxtla saat 07.46-da baş verən yeraltı təkanların şiddəti 4,1 bal gücündə olub. Zəlzələnin episentri isə 5,3 km dərinlikdə qeydə alınıb.

Kandilli rəsədxanasının verdiyi məlumata görə, zəlzələ şəhərlə yanaşı, ətraf kəndlərdə də hiss edilib. İlkin xəbərlərə görə, tələfat qeydə alınmayıb.
Qeyd edək ki, Türkiyə iki gündür zəlzələ xəbərləri ilə günə başlayır. Ötən gün də İzmir yaxınlığında 6,2 bal gücündə şiddətli yeraltı təkanlar baş vermişdi.

21-03-2019, 14:50



Fikirlər