Qazaxıstanda spiker Kasım-Jomart Tokayev and içdi

Qazaxıstanda spiker Kasım-Jomart Tokayev and içdi

Qazaxıstanda spiker Kasım-Jomart Tokayevin andiçmə mərasimi keçirilib.

"Qafqazinfo” xəbər verir ki, andiçmə Qazaxıstan parlament palatalarının birgə iclasında baş tutub.

O, seçki müddətinin başa çatmasına qədər prezident postuna gəlib: "Təntənəli şəkildə and içirəm ki, Qazaxıstan xalqına dürüst qulluq edəcəm. Ölkənin qanunlarına və konstitusiyasına sərt riayət edəcəm, vətəndaşların hüquq və azadlıqlarını təmin edəcəm, Qazaxıstan Respublikasının prezidenti kimi üzərimə qoyulan məsuliyyəti vicdanla yerinə yetirəcəm”.

Mərkəzi Seçki Komissiyasının sədri Berik İmaşov Tokayevə prezidentliyini təsdiq edən sənədi təqdim edib.

Xatırladaq ki, ötən gün eks-prezident, 79 yaşlı Nursultan Nazarbayev 30 ildən sonra bu postdan istefa verib.

20-03-2019, 12:04



Fikirlər