Poçt göyərçini inanılmaz qiymətə satıldı – Foto

Poçt göyərçini inanılmaz qiymətə satıldı – Foto

Belçikada poçt göyərçini inanılmaz qiymətə satılıb. “Pipa” hərrac evindən verilən məlumata görə, “Armando” adlı göyərçinə 1 milyon 252 min avro pul verilib.
Bizimyol.info xəbər verir ki, poçt göyərçininə bu qədər pul xərcləyən şəxsin kimliyi açıqlanmasa da, onun Çindən olduğu bildirilir.

[medium=left]http://realxeber.org/uploads/posts/2019-03/1552907019_2019-03-18_144818.jpg[/medium]
Poçt göyərçini | Foto: PIPA Holding
Belçikanın Flanders bölgəsində yetişdirilən 178 göyərçinin satışından ümumilikdə 2 milyon avrodan çox pul toplanıb.

Poçt göyərçini gündəlik 1.12 min kilometr uça bilir. Onun orta uçuş sürəti saatda 90 kilometrdir. Maksimum sürəti isə 150 km-ə çatır.

18-03-2019, 15:04



Fikirlər