Paytaxtda qorxulu anlar

Paytaxtda qorxulu anlarAxşam saatlarında paytaxtın Nərimanov rayonunda hərəkətdə olan yük avtomobilində yanğın olub.

RealNews.az;n ANS TV-nin məlumatına görə, hadisə Ziya Bünyadov prospektində baş verib. 47 yaşlı Ruslan Mustafayev özünə məxsus “Ford” markalı yük avtomobili ilə Dərnəgül şosesinə doğru hərəkətdə olarkən qəflətən avtomobildə yanğın baş verib. Sürücü avtomobildən xəsarət almadan vaxtında enə bilib.

Hadisə barədə dərhal FHN-nin 112 qaynar xəttinə məlumat verlib. Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin Nərimanov və Binəqədi rayon yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi gəlib. Alov ram edilsədə avtomobil və onun yük yerində olan soyuducu kondisoner və xalçalar yanaraq yararsız hala düşüb.

Hadisə zamanı xəsarət alan olmayıb. Sürücü Ruslan Mustafayevin sözlərinə görə, hadisə zamani avtomobildə tək olub. İlkin ehtimala görə, yanğına avtomobilin elektrik naqillərində baş verən nasazlıq səbəb olub. Yanğın yeni inşa edilən tunelin çıxışında olduğundan yolun hər iki istiqamətində təxminən 40 dəqiqəyə qədər tıxac yaranıb. Yanan avtomobil Dövlət Yol Polis əməkdaşları tərəfindən cərimə meydançasına aparıldıqdan sonra yolda avtomobillərin hərəkəti bərpa edilib.

9-12-2014, 13:06



Fikirlər