Şahid Yeni Zelandiyadakı terrordan danışdı: "Polislər gec gəldilər"

Şahid Yeni Zelandiyadakı terrordan danışdı: "Polislər gec gəldilər"

Yeni Zelandiyanın Kraystçerç şəhərində yerləşən məsciddə baş verən qətliamın şahidi, Səudiyyə Ərəbistanından olan Asil əl-Ənsari qanlı olay barədə danışıb.

Realnews.az teleqraf.com-a istinadən xəbər verir ki, "Al-Arabia" telekanalına danışan gənc hadisə baş verdiyi an polisə zəng etdiklərini, lakin polisin olay yerinə gec gəldiyini bildirib.

Ənsari məscidə daxil olan terrorçunun əvvəlcə qarşısına çıxanları, axırda isə məscidin imamını vurduğunu deyib.

Qeyd edək ki, martın 15-də Yeni Zelandiyanın Kraystçerç şəhərində yerləşən iki məscidə silahlı hücum olub. Hücumlarda 49 müsəlman qətlə yetirilib, 48 nəfər isə yaralanıb.

Yeni Zelandiya Baş naziri Jakinda Ardern olayı terror hücumu adlandırıb. Hücumla əlaqəsi olan 3 nəfər həbs olunub.

16-03-2019, 12:15



Fikirlər