AQTA yumurta olayını araşdırmağa başladı – Fotolar

AQTA yumurta olayını araşdırmağa başladı – Fotolar

Xəbər verdiyimiz kimi İsmayıl Tağıyev adlı sosial şəbəkə istifadəçisi üzərində tarixi yalnış göstərilən yumurtaların satışa çıxarılması ilə bağlı məlumat paylaşılıb və paylaşılan məlumat-fotoşəkil dərhal da geniş şəkildə yayılıb.

Bizimyol.info-ya bu haqda danışan İsmayıl Tağıyev bildirib ki, həmin yumurtaları 14 mart tarixində ailə üzvlərindən biri alıb. O isə evə gəldikdən sonra üzərindəki tarixin saxta olduğunu aşkarlayıb və yayımlayıb. İsmayıl Tağıyev deyir ki, bu yumurtalar Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “OBA” marketlər şəbəkəsindən alınıb.

“OBA” marketlər şəbəkəsinin PR meneceri Elvin Babayev Bizimyol.info-ya açıqlamasında bildirib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır, lakin yumurtanın alındığı iddia edilən “OBA” marketdə axtarış keçirilsə də sözügedən məhsul tapılmayıb:

“Biz məsələni araşdırırıq. Lakin məhsulun alındığı deyilən “OBA” marketdə əməkdaşlarımız axtarış keçirtsələr də həmin məhsulu tapa bilməmişik. Hazırda satış mütəxəsisslərimiz həmin şəxslə görüşüb məhsula baxış keçirdəcəklər, nə zaman, hansı marketimizdən alınıb hamısı dəqiqləşdirilib ətraflı məlumat veriləcək”.

İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdir müavini – İctimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva isə Bizimyol.info-ya açıqlamasında bildirib ki, artıq Qida Təhlükəsizlik Agentliyi məsələni araşdırmaya götürüb:

“Məsələ mediadan bizə daxil olub və araşdırılması üçün aidiyyatı şöbəyə yönləndirilib. Artıq Qida Təhlükəsizliyi Agentliyində araşdırmalara başlanılıb. Araşdırmanın nəticələrinə uyğun olaraq, qanunvericiliyə uyğun şəkildə tədbir görüləcək və nəticələri barədə də ictimaiyyətə geniş məlumat veriləcək”.

Qeyd edək ki, AQTA bir neçə gün bundan öncə yumurta istehsalçılarına və idxalçılarına xəbərdarlıq etmişdi.

Bizimyol.info

[medium=left]http://realxeber.org/uploads/posts/2019-03/1552655479_53865620_2385802534816743_6731974101012840448_n.jpg[/medium]

15-03-2019, 17:11



Fikirlər