Ərdoğan Yeni Zelandiya terrorçusunun onu öldürməklə bağlı planına münasibət bildirib

Ərdoğan Yeni Zelandiya terrorçusunun onu öldürməklə bağlı planına münasibət bildirib

"Yeni Zelandiyada ölkəmizi, millətimizi, şəxsən məni də hədəfə alan qatilin xidmət etdiyi ideologiyanın Qərb cəmiyyətini daha sürətlə öz təsiri altına saldığı açıq-aşkar görünür".

Sonxeber.az "report"a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Zelandiyada məsciddə 49 nəfərin qətlə yetirilməsi ilə nəticələnən terror aktına münasibət bildirərkən deyib.

O, bu terror aktının İslam düşmənçiliyi olduğunu və əvvəlcədən planlaşdırıldığını vurğulayıb: "Yeni Zelandiyada müsəlmanlara qarşı terror hücumunu qətiyyətlə pisləyirəm. Ölkəmi Anadolu və Qərb olaraq bölmək istəyən terrorçu və qatil var. Bunun qarşısı dərhal alınmazsa, fəlakət xəbərlərinə yenilərinin də əlavə olunması qaçılmazdır. Bütün dünyanı, xüsusi ilə Qərb dövlətlərini bu təhlükəli gedişə qarşı sürətli tədbirlər görməyə çağırıram".

Qeyd edək ki, martın 15-də Yeni Zelandiyada məsciddə törədilən terror aktı nəticəsində 49 nəfər ölüb. Terrorçu hadisədən əvvəl yaydığı açıqlamada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkeli ölümlə hədələyib.

15-03-2019, 16:01



Fikirlər