Bakıda qeyri-adi qəza: motosiklet minik avtomobili ilə toqquşdu və avtobusun...

Bakıda qeyri-adi qəza: motosiklet minik avtomobili ilə toqquşdu və avtobusun...

Yasamal rayonu Məhəmməd Xiyabani küçəsində yol nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hərəkətdə olan motosiklet minik avtomobili ilə toqquşub.

Nəticədə, motosiklet 17 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun qarşısına düşüb. Motosikletin sürücüsü xəsarət alıb, avtobusda olan sərnişlərdən xəsarət alan olmayıb.

Hazırda hadisə ilə bağlı müvafiq qurumlar, eyni zamanda BNA tərəfindən araşdırma aparılır.

15-03-2019, 15:37



Fikirlər