Qənirə Paşayeva: “Vərəmin yayılmasında sosial faktorlar ciddi rol oynayır”

Qənirə Paşayeva: “Vərəmin yayılmasında sosial faktorlar ciddi rol oynayır”

Vərəmlə mübarizədə maarifləndirmə işlərinə və sosial dəstəyə ciddi ehtiyac var.
“Ölkə.Az” xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva Milli Məclisin Səhiyyə komitəsində “Azərbaycanda vərəmlə mübarizə” mövzusunda keçirilən dinləmələrdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bölgələrdə gördüklərimiz bizi narahat edir və bu sahədə daha çox işlər görülməlidir:

“Düşünürəm ki, bu problemin həllində ən vacib məsələ maariflənmə olmalıdır və burada problemlər və boşluqlar var. Ona görə də mediada vərəmlə bağlı maariflənmə işlərinə daha geniş yer verilməsinə ehtiyac var. Bu ciddi məsələdir. Burada vərəmlə mübarizə aparan qeyri-hökumət təşkilatlarına dəstək verilməlidir. Onların gücündən istifadə olunmalıdır”- millət vəkili Qənirə paşayeva bildirb.
Deputat eyni zamanda qeyd edib ki, bu xəstələrə daha keyfiyyətli dərmanlarla təmin olunmalıdır.

O, qeyd edib ki, bu məsələdə sosial dəstəyə ehtiyac var:

“Vərəmin yayılmasında sosial faktorlar ciddi rol oynayır və bu faktorların qarşısının alınması üçün ciddi addımlar atılmalıdır”

14-03-2019, 16:03



Fikirlər