“Real”ın heyəti köklü şəkildə dəyişəcək – Zidanın yeni siyahısı

“Real”ın heyəti köklü şəkildə dəyişəcək – Zidanın yeni siyahısı
“Real” təzə-köhnə baş məşqçi Zinəddin Zidanla yeni eraya başlayır. Madrid futbol klubu yayda xeyli güclənəcək.
Bizimyol.info xəbər verir ki, Zidan heyəti xeyli dəyişməyi düşünür. Hər halda, əsas heyətdə ciddi dəyişiklik olacaq. Klub rəhbərliyi yeni transferlər üçün ona 350 milyon avro ayırmağa hazırdır.

İspaniya mətbuatı Zidanın arzuladığı “11-lik” haqda yazır. İndiki heyətdən yalnız müdafiəçilərin oyununu bəyəndiyi məlum olur. Zidan Serxio Ramosu, Rafael Varanı, Serxio Regilonu və Dainel Karvaxalı komandada görmək istəyir. Baş məşqçi qapını “Mançester Yunayted”dən David de Xeaya tapşırardı. Zidan Mançester klubundan Pol Poqbanı da Madridə gətirməyi arzulayır. “Çelsi”dən N’Qolo Kante, “Tottenhem”dən Kristian Eriksen Zidanın “Real”da görmək istədiyi isimlərdir. Hücumçuların adlarını eşidəndə isə şoka düşməmək mümkün deyil: PSJ-dən Kilian Mbappe və Neymar, “Çelsi”dən Eden Hazar.
“Real”ın heyəti köklü şəkildə dəyişəcək – Zidanın yeni siyahısı

Zidan Kərim Benzema ilə yollayı ayırmaq fikrindədir. “Lion”un prezidenti Jan-Mişel Ola hücumçunun Fransa klubuna geri qayıtmağa hazır olduğunu deyib. Böyük ehtimalla, Benzema vətənə qayıdacaq. Luka Modriçin də gedəcəyi yavaş-yavaş dəqiqləşir.

“Real”ın heyəti köklü şəkildə dəyişəcək – Zidanın yeni siyahısı
Qaret Beylin heyəti tərk edəcəyi söylənilirdi. Amma indi Zidanın onu ehtiyat oyunçu kimi gördüyü bildirilir. Beyldən başqa, Tibo Kurtua, Toni Kroos, Kazemiro və Vinisius Junior da “Real”da qala bilər.

13-03-2019, 16:09



Fikirlər