Nazirlikdən 1-ci sinfə qeydiyyatla bağlı açıqlama

Nazirlikdən 1-ci sinfə qeydiyyatla bağlı açıqlama

Valideynlər sosial mediada idida edir ki, bu il 1-ci sinfə qəbulda ayrı-seçkilik olub. Belə ki, məktəblərə məktəbəqədər qruplarına gedən uşaqlar birinci yerləşdirilir.
Narazı valideynlər elektron sistemdə qeydiyyat olan bütün məktəblərdə uşaqlara bərabər imkanların yaradılmadığını bildirib.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən bizimyol.info-ya bildirilib ki, məktəbəhazırlıq qruplarındakı uşaqların 1-ci sinfə qeydiyyatına ehtiyac yoxdur: “Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların növbəti tədris ili üçün 1-ci sinfə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilir. Bununla bağlı martın 11-dən həmin uşaqların valideynlərinə bildirişlər göndərilir.

Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, 1-ci sinifdə də onların eyni sinifdə komplektləşdirilməsi və onlara eyni müəllimin tədris aparması nəzərdə tutulur.

2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin 1-ci sinfinə uşaqların qeydiyyatına martın 13-də start veriləcək”.

12-03-2019, 17:09



Fikirlər