"Mən get-gedə ərə getmək istədiyim kişiyə çevrilirəm" - Nuradan ŞOK AÇIQLAMA - FOTO

"Mən get-gedə ərə getmək istədiyim kişiyə çevrilirəm" - Nuradan ŞOK AÇIQLAMA - FOTO

Nura Suri "5/5"də etdiyi açıqlamalarla diqqət mərkəzinə düşüb.

Realnews.az milli.az-a istinadən xəbər verir ki, aparıcı studiaya Nura üçün gələn gül dəstəsini müğənniyə təqdim edərək "Bir xanım sənə gül göndərib. Sənə niyə xanımlar gül göndərir, kişilər yox?" sualı ilə ona müraciət edib.

Müğənninin cavabı gözlənildiyindən də kəskin alınıb:

"Mən elə indi onu deyəcəkdim. Bir misal var "Mən get-gedə nə vaxtsa ərə getmək istədiyim kişiyə çevrilirəm". Yəni bizdə qadınlar artıq özləri elə kişi addımları atırlar ki, kişilər də elə formaya düşürlər (gülür). Onsuz da ümumiləşdirmirəm. Mənim atam var, qardaşım var. Hamını nəzərdə tutmuram ki, söhbət bəzilərindən gedir".

12-03-2019, 16:15



Fikirlər