Atışma zamanı həlak olan əsgərimiz dəfn edildi - FOTOLAR

Atışma zamanı həlak olan əsgərimiz dəfn edildi - FOTOLAR

Ötən gün İran-Azərbaycan sərhədindən sərhədini pozmaq istəyən silahlı qrupla atışmada həlak olan kiçik çavuş Səxavət Məmmədov dəfn edilib.

Realnews.az ONA-ya istinadən xəbər verir ki, S. Məmmədov Göygöl rayonu, Yeni Qızılca kəndində torpağa tapşırılıb. Dəfn mərasimində rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, sərhədçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, ötən gün İran-Azərbaycan sərhədini pozmaq istəyən silahlı qrupla atışmada Daşkəsən rayonundan həqiqi hərbi xidmətə çağırılmış kiçik çavuş Məmmədov Səxavət Fizuli oğlu həlak olub.

Faktla bağlı cinayət işi başlanıb.
[medium=left]http://realxeber.org/uploads/posts/2019-03/1552296558_1552292850_1552292336_405c86166f2eedd.jpg[/medium]
[medium=left]http://realxeber.org/uploads/posts/2019-03/1552296558_1552292863_1552292351_945c861903dd041.jpg[/medium]
[medium=left]http://realxeber.org/uploads/posts/2019-03/1552296588_1552292894_1552292301_405c86167028119.jpg[/medium]

11-03-2019, 13:29



Fikirlər