Görkəmli türk yazıçısı Yaşar Kamal vəfat etdi

Görkəmli türk yazıçısı Yaşar Kamal vəfat etdi Görkəmli türk yazıçısı Yaşar Kamal bu gün 92 yaşında vəfat edib. Kulis.az-ın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, bu ilin yanvarın 14-də İstanbulun “Tənəffüs çatışmazlığı” simptomları ilə “University Medical Hospital” xəstəxanasına yerləşdirilən yazıçı bu günədək intensiv terapiya şöbəsində müalicə olunurdu. Kəskin nəfəs çatışmazlığı səbəbindən onun süni nəfəs aparatına qoşulduğu bildirilir. Lakin həkimlərin səylərinə baxmayaraq, o, bu gün xəstəxanada vəfat edib.



Türk ədəbiyyatının öndə gedən yazarlarından biri olan Yaşar Kamalın əsil adı Kəmal Sadık Göyçelidir. O, 1923 ildə Osmaniyə əyalətinin Göyçedam kəndində anadan olub.

28-02-2015, 22:27



Fikirlər