Bu bitki bir neçə xəstəliyə dərmandır

Bu bitki bir neçə xəstəliyə dərmandır
Melissa yunan dilində arı deməkdir. Bu bitki arıları öz ətri ilə cəlb etdiyindən adı da arı qoyulub. Melissa balı çox ətirli və faydalı olur.

Realnews.az Medicina.az-a istinadən xəbər verir ki, melissa bioloji aktiv maddələr və vitaminlərlə zəngin olub insan orqanizmi üçün aşağıdakı faydaları var:

- Zəhərlənmə, bağırsaq pozulmalarında

- Qanaxmanı saxlayır

- Antibakterial və iltihab əleyhinə təsir edir

- Mikrob əleyhinədir

- Spazmaqolikdir

Əsəbin ən güclü dərmanıdır

- Bu bitki qədimdən sakitləşdirici kimi tanınıb. İnsanı rahatladır, hormonları düzəldir, depressiyaya, stresə qarşıdır.

- Bir çox psixoloji təsirləri azaldır

- Yaddaşı möhkəmlədir

- Ürəkdə taxikardiyanı götürür

Qadın otu hesab olunur

Qadınların baş bəlası olan menstrual öncəsi sindrom, ağrılar və hormonal disbalansı melissa əla tənzimləyir. Müntəzəm istifadə etdikdə qadının sinir sistemi sakit olur. Melissa məşhur sakitləşdirici dərmanların hamısının tərkibində var.

Qeyd edək ki, melissanın dəmləməsini, çayını içə bilərsiniz. Ondan vanna və kompresslər də etmək olur. Həmçinin ağız yaralarında qarqara edilir.

7-03-2019, 11:12



Fikirlər