Azərbaycanda güclü yanğın: ata və oğlu diri-diri yandı

Azərbaycanda güclü yanğın: ata və oğlu diri-diri yandı

Xaçmaz rayonunun Yalama kəndində ümumi sahəsi sahəsi 20 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb.

FHN-dən verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Qədirov Əjdər Tofiq oğlunun və 2013-cü il təvəllüdlü Qədirov Taleh Əjdər oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

7-03-2019, 09:57



Fikirlər