Texnologiyada inqilabi addım: Smartfonlar havadan enerji yığacaq

Texnologiyada inqilabi addım: Smartfonlar havadan enerji yığacaq

Mobil telefon istifadəçilərini ən çox narahat edən məqamlardan biri enerjinin tez-tez tükənməsidir. İnternetin az qala hər yerdə əlçatan olması bu problemi lap qabarıq edir. Texnologiyanın inkişafı bu məsələnin həllini də asanlaşdıracaq.
Bizimyol.info xəbər verir ki, havadan enerji yığacaq smartfonlar yaradılır. “Vivo” smartfonları tezliklə inqilabi addım atacaq. Daha kabelə ehtiyac qalmayacaq. 20 Vatt gücü olan cihaz problemi tam həll edəcək. Necə deyərlər, telefon havadan, yəni məsafədən enerji yığaraq işləyəcək.

Əslində, naqilsiz enerji yığmaq ənənəsi artıq var. “Kickstarter” bu istiqamətdə yenilik etməyi bacarıb. “Funxim Wireless Pro” naqilsiz enerji sistemi uğurla işləyir. Amma havadan enerji yığmaq texnologiyada əsl inqilabdır.

5-03-2019, 12:10



Fikirlər