Bakıda məşhur hoteldə faciə - Turistin meyiti tapıldı

Bakıda məşhur hoteldə faciə - Turistin meyiti tapıldı

Bakıda Hindistan vətəndaşı oteldə ölüb.

Publika.az xəbər verir ki, Səbail rayonu Mehdi Hüseyn küçəsi 1A ünvanında yerləşən "Fairmont” hoteldə turist kimi qalan 1989-cu il təvəllüdlü Semit Kumarın meyiti tapılıb.

İlkin araşdırmalar zamanı onun ürək tutmasından keçindiyi məlum olub.

Faktla bağlı araşdırmalar aparılır, zəruri ekspertizalar təyin edilib.

4-03-2019, 12:03



Fikirlər