Ramil Usubov idmançını DYP rəisi təyin etdi - FOTO

Ramil Usubov idmançını DYP rəisi təyin etdi - FOTO

Daxili İşlər naziri general-polkovnik Ramil Usubov yeni rəis təyin edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Ramil Usubovun müvafiq əmri ilə polis polkovnik-leytenantı Mehman Fətəliyev Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. O, bu təyinata qədər Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) rəisi olub.

Qeyd edək ki, Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi (RPİ DYP) şöbəsinin yeni rəisi, polis polkovnik-leytenantı Mehman Fətəliyev yeni idman növlərindən sayılan qrapplinqlə məşğul olur. Bir neçə uğurlara imza atan polis zabiti sonuncu dəfə Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanmışdı.

4-03-2019, 11:36



Fikirlər