Kişinin qanı süd rəngi oldu, həkimlər şoka düşdü - Tibdə kuryoz

Kişinin qanı süd rəngi oldu, həkimlər şoka düşdü - Tibdə kuryoz
Həkimlər qanı ağarmış, süd rəngi almış kişini xilas ediblər.

Sonxeber medicina.az-a istinadən bildirir ki, Almaniyanın Köln şəhəri xəstəxanasına 39 yaşlı kişi gətirilir. Həkimlər ilk dəfə qanın tərkibində olan nəhəng miqdarda piy və yağdan qanın rənginin dəyişməsi ilə rastlaşırdılar. Ona görə onlar qeyri-standart müalicə üsulu seçməyə məcbur olublar.

Xəstə qusma, baş gicəllənmə, huşun itməsi diaqnozu ilə qəbul olunub. Kişi həm də diabet xəstəsi idi.

Qanın analizi göstərib ki, triqliseridlərin miqdarı o qədər artıb ki, qan süd rəngi alıb. Triqliseridlərin bu həddə yüksəlməsi pankreatitə səbəb olur. Xəstədə artıq ketaasidoz - diabet ağırlaşması başlamışdı. Bu halda orqanizm yüksək sürətlə yağları qanda toplayır. Əgər vaxtında müdaxilə olunmasa, xəstə komaya düşür.

Xəstəni xilas etmək üçün həkimlər pasiyentin 1 litr qanınıgötürərək, ona donor plazması köçürüblər. Bununla da qanda triqliseridlərin konsentrasiyası azalıb.
Həkimlər etiraf edir ki, belə hadisə ilə ilk dəfə idi rastlaşırlar. Onlar əmin olub ki, diabet xəstələrində plazmafarez mümkün olmadıqda 1 litr qan alma və donor qanından istifadə alternative metoddur.

2-03-2019, 16:51



Fikirlər