Bakıda hündürmərtəbəli binada yanğın

Bakıda hündürmərtəbəli binada yanğın

Bakıda yaşayış binasında yanğın olub.


Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, hündürmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 74 m² olan 3 otaqlı mənzilin eyvanında 0,5 m² sahədə taxta qırıntıları yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. İlkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb.

Yanğınla əlaqədar təxliyə aparılmayıb.

1-03-2019, 11:54



Fikirlər