İrlandiyanın `Setanta Sports` kanalı Bakı 2015 oyunlarını yayımlayacaq

İrlandiyanın `Setanta Sports` kanalı Bakı 2015 oyunlarını yayımlayacaq
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi birinci Avropa Oyunlarının İrlandiyanın televiziya kanalında işıqlandırılmasını təmin etmək məqsədilə `Setanta Sports` idman kanalı ilə saziş imzalayıb.

Lent.az-ın Bakı 2015 Avropa Oyunlarının rəsmi internet səhifəsinə istinadən verdiyi xəbərə görə, sazişə əsasən, İrlandiyanın idman yarışlarını yayımlayan aparıcı premium şəbəkəsi Setanta Sports Bakı 2015 Avropa Oyunlarını hər gün səkkiz saat müddətində, o cümlədən, gündəlik əsas məqamları yayımlayacaq. Möhtəşəm Açılış və Bağlanış Mərasimləri həmçinin nümayiş etdiriləcək.

`Setanta`nın jurnalistlərdən ibarət xüsusi komandası əsas diqqətini Bakı 2015 Avropa Oyunlarında iştirak edəcək irlandiyalı idmançılara ayıraraq Oyunları izləyəcək.

Bu sazişin bağlanması ilə, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi Oyunların dünyanın artıq 51 ölkəsində yayımlanmasını təmin edəcək sazişlərin bağlandığını elan etmiş oldu.

İrlandiyada 1.2 milyondan artıq evdə yayımlanan Setanta Sports idman kanalı bütün dünyadakı premium məzmunla, o cümlədən İngiltərə Premyer Liqası, UEFA Çempionlar Liqası və Avropa Liqası, Reqbi üzrə Avropa Çempionlar Kuboku, Formula 1 yarışları, `The Masters`, `The Open` və Amerikanın Milli Futbol Liqası (NFL), Milli Basketbol Assosiasiyası (NBA) və Nascar adlı gündəlik şousu ilə sıx bağlıdır.

26-02-2015, 22:26



Fikirlər