"27 ildir ağlayırıq, nə dəyişib ki?" — Xocalı yürüşündə gülən Nahidə Orucova

"27 ildir ağlayırıq, nə dəyişib ki?" — Xocalı yürüşündə gülən Nahidə Orucova

Tanınmış aktrisa, əməkdar artist Nahidə Orucova Xocalı yürüşündən gülümsəyərək çəkdirdiyi selfini tənqid edənlərə cavab verib.
Aktrisa "Ölkə.Az"ın əməkdaşı ilə söhbətində bildirib ki, hər il Xocalı yürüşündə iştirak edir:

"Mən hər il o yürüşdə iştirak edirəm. Evdə oturub məni tənqid edənlər də gəlib iştirak edəydilər. İyirmi yeddi ildir ağlayırıq, nə dəyişib ki?"

Qeyd edək ki, aktrisanın bu gün Xocalı yürüşündən paylaşdığı foto tənqidlərə səbəb olub.

27-02-2019, 10:53



Fikirlər