Şəmkirdə qəza - Polis əməkdaşı hadisə yerində öldü

Şəmkirdə qəza - Polis əməkdaşı hadisə yerində öldü

Şəmkirdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Realnews.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Çənlibel kəndi ərazisində baş verib.

Hərəkətdə olan "Toyota Prado” ilə "VAZ-21010” markalı avtomobilin toqquşması nəticəsində "VAZ”ın sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Sərnişin, rayonun Qasımlılar kənd sakini, 1983-cü il təvəllüdlü Xaliq Ələsgərov isə hadisə yerində ölüb.

Məlumata görə X. Ələsgərov Gədəbəy rayon Polis Şöbəsinin Arıqıran və İnəkboğan kəndləri üzrə sahə müvəkkili idi.

Faktla bağlı araşdırma aparılır.

21-02-2019, 11:47



Fikirlər