Şagird məktəbdə özünü pəncərədən atdı

Şagird məktəbdə özünü pəncərədən atdı

Cəlilabad şəhərində intihara cəhd hadisəsi baş verib

APA-nın məlumatına görə, hadisə fevralın 25-də Cəlilabad şəhər 7 saylı orta məktəbdə qeydə alınıb.

Məktəbin 7-ci sinif şagirdi, 13 yaşlı Ə.Ə. özünü məktəbin 3-cü mərtəbəsindən atıb.

Qız müəllimləri tərəfindən dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hazırda vəziyyətin orta-ağır olduğu bildirilir.

İntihara cəhdin səbəbləri hələlik məlum deyil, faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

25-02-2015, 21:14



Fikirlər