"Qax pavilyonu"nda başlanan əməliyyat: 3 nəfər tutuldu

"Qax pavilyonu"nda başlanan əməliyyat: 3 nəfər tutuldu
Qaxda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan üç nəfəri saxlanıb. Qax rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun “Qax pavilyonu” adlanan ərazisində fəaliyyət göstərən çayxanada Qax şəhər sakini, Qena Saknelaşvilini şübhəli şəxs qismində saxlayıblar.

Kanal S (Region TV) xəbər verir ki, hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış zamanı 21 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Məlum olub ki, o, narkotik vasitəni Qax şəhər sakini Vüqar Rəhimovdan alıb. Həmin narkotik vasitəni isə ona Qax şəhəri peşə liseyinin yataqxanasında məskunlaşan məcburi köçkün Nizami Qarayev satıb. Nizami Qarayevin yaşadığı ünvanda aparılan axtarış zamanı 115 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Hər üç şəxs həbs edilib. Faktla bağlı araşdırma aparılır.

25-02-2015, 21:12



Fikirlər