Bakı meri sakinlərin şikayətinə cavab verdi

Bakı meri sakinlərin şikayətinə cavab verdi

Bir neçə gün əvvəl Nigar Rəfibəyli B/37 ünvanında yerləşən "PASSAGE 145" restoranı ilə bağlı sakinlər Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıblar. Müraciətdə restoranın piyadaların gediş-gəlişinə mane olması bildirilib.

Şikayətçilər bildirirlər ki, onlar yaranmış vəziyyətlə bağlı ərazi üzrə Mənzil İstismar Sahəsinə (MİS) müraciət etsələr də, sahə rəhbərliyi "bizim onlara gücümüz çatmır, razılığı "Baksovet"dən alıblar" cavabını verib.

Vətəndaşlar məhz bu səbəbdən BŞİH-nə müraciət ediblər.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov modern.az-a açıqlamasında Eldar Əzizovun məsələ ilə şəxsən maraqlandığını bildirib:

"İcra başçısı sakinləri narahat edən məsələ ilə bağlı sözügedən əraziyə özü şəxsən gedib. Əhalinin haqlı narazılığının şahidi olub. Bu səbəbdən də sakinlərin maraqlarına uyğun olaraq restoranın qanunsuz fəaliyyət göstərən bu hissəsinin bağlanması ilə bağlı qərar verib".

14-02-2019, 11:32



Fikirlər