Nazirliyə tapşırıq verildi

Nazirliyə tapşırıq verildi
İqtisadiyyat və Sənaye Nazirliyi məlumat yaydı.

Nazirlik tərəfindən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Tədbirlər Planı hazırlanır.

Oxu.Az xəbər verir ki, bu sözləri İqtisadiyyat və Sənaye nazirinin müavini Sahib Məmmədov keçirilən konfransda bildirib.

Konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev proqramın tam və keyfiyyətli icrasının təmin olunması məqsədilə dövlət qurumları, o cümlədən İqtisadiyyat və Sənaye Nazirliyi qarşısında mühüm vəzifələr müəyyənləşdirilib.

“Konfransda dövlət başçısı tərəfindən Dövlət İnvestisiya Proqramına prioritet layihələrin daxil edilməsi və vəsaitlərin istifadəsinə ciddi nəzarət olunması, məktəb, uşaq bağçası, səhiyyə və ictimai obyektlərin tikintisi, infrastruktur layihələrinin icrası, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, sənaye klasterlərinin yaradılması, hər bir rayonda sənaye zonasının, iri fermer təsərrüfatlarının, “yaşıl market”lərin yaradılması, aqroparkların tikintisi prosesinin davam etdirilməsi və s. tapşırıqlar verilib”- deyə, məlumatda deyilir.

24-02-2015, 21:40



Fikirlər