Bu həftə Kukla Teatrında altı tamaşaya baxılacaq

Bu həftə Kukla Teatrında altı tamaşaya baxılacaq

A. Şaiq adına Azərbaycan Dövlət Kula Teatrı da digər sənət ocaqları kimi həftə ərzində maraqlı tamaşalarla balacaları sevindirəcək.

AZƏRTAC xəbər verir ki, sənət ocağının yaradıcı heyəti bu həftə üçü rus, üçü Azərbaycan dilində olmaqla altı səhnə əsəri ilə balaca tamaşaçılarının görüşünə gələcək. Belə ki, balacalar fevralın 15-də “Maşa və Ayı”, “Durna balığı” (rus dilində) 16-da isə “Turp”, “Çipollino” (rus dilində) tamaşalarını izləyəcək.

Həmçinin, fevralın 17-də isə “Qırmızı Papaq” və “Qoğal”a (rus dilində) baxa biləcəklər.

12-02-2019, 11:10



Fikirlər