Gəlininin seriala baxmaq qadağasından sonra gürcü kişi polislərin televizorunu oğurladı

Gəlininin seriala baxmaq qadağasından sonra gürcü kişi polislərin televizorunu oğurladı

“Mən 70 lari ziyan vurmuşam”.

Gürcüstanda kişi gəlininin ona seriala baxmağa qoyduğu qadağadan sonra polisin binasından televizoru oğurlayıb, “Qruziya Onlayn” xəbər verir.

“Guya 70 lari ziyan vurmuşam, o güclə işləyirdi, onu antenaya qoşdum o isə normal göstərmirdi, yalnız səs gəlirdi. Gəlin bizim televizoru öz otağına aparıb, uşağa yatmağa mane olduğumu dedi, mən onun otağına girməyəcəkdim ki. Televizoru götürdüm ki, seriala baxım, sonra geri qaytardım, heç nə baş vermədi axı. Polisin qapısı açıq idi, mən gəldim, seriala baxdım sonra geri qaytardım”, - kişi bəyan edib.

Kişiyə qarşı cinayət işi açılıb, o 4 ay şərti cəza alıb.

Gürcüstanın DİN ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Nino Qiorqobiani bu faktı təsdiqləyib və dəqiqləşdirib ki, bu hadisə 2011-ci ildə baş verib.

24-02-2015, 21:28



Fikirlər