Əlcəzairdə Azərbaycan səfirliyi açılacaq

Əlcəzairdə Azərbaycan səfirliyi açılacaqPrezident İlham Əliyev Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında (Əlcəzair şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.

Nazirlər Kabinetinə Azərbaycanın Əlcəzairdə səfirliyinin fəaliyyətinin təminatı ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etmək tapşırılıb.

Xarici İşlər Nazirliyi səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.

30-11-2014, 00:49



Fikirlər