Cəfər Cabbarlının yubileyi Ankarada qeyd olunacaq

Cəfər Cabbarlının yubileyi Ankarada qeyd olunacaq

Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mərkəzi qərargahında görkəmli dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə konfrans keçiriləcək.

AZƏRTAC xəbər verir ki, fevralın 12-də keçiriləcək yubiley tədbiri TÜRKSOY-un həyata keçirdiyi “Türk dünyasının görkəmli şəxslərinin tanıdılması” layihəsi çərçivəsində gerçəkləşəcək.

Konfransda professor İsrafil İsrafilovun Cəfər Cabbarlının zəngin, mənalı həyat və yaradıcılığı ilə bağlı məruzəsi dinləniləcək.

İştirakçılara yubilyarın yaradıcılığını əhatə edən geniş bədii proqram da təqdim ediləcək.

6-02-2019, 11:47



Fikirlər