Milli Məclisdə mühüm qanun qəbul olundu

Milli Məclisdə mühüm qanun qəbul olundu

Qanun layihəsində bir çox məsələlər öz əksini tapıb.

Milli Məclisin plenar iclasında çoxdandır müzakirə mövzusu olan “Elm haqqında” qanun layihəsi birinci oxunuşda qəbul olunub.

RealNews.Azın ANS PRESS-ə istinadən məlumatına görə, qanun layihəsində elmin inkişafı istiqamətində bir çox məsələlər öz əksini tapıb.

Qanun layihəsində Azərbaycanda magistr və doktorantlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi, özəl elmi müəssisələrin yaradılması, Azərbaycan Milli Elmlər Akademiyasına elmi fəaliyyəti maliyyələşdirmək məqsədi ilə Azərbaycanın qanunvericiliyində qadağan olunmayan digər fəaliyyət növləri, o cümlədən sahibkarlıqla məşğul olmaq hüququnun verilməsi, ali təhsil müəssisəsinə “Tədqiqat universiteti” statusunun verilməsi, dövlət elmi müəssisə və təşkilatlarında çalışan elmi işçilərin inzibati vəzifə tutmalarına görə yaş həddinin müəyyən edilməsi, elmi müəssisə və təşkilatlarda çalışan elmi işçilərin əməkhaqları hesablanarkən onların əmək stajları və peşə xüsusiyyətlərinin də nəzərə alınması və digər bir çox məsələlər öz əksini tapıb.

24-02-2015, 21:19



Fikirlər