"Milla" xamaları niyə kəskin bahalaşır? - FOTOLAR

"Milla" xamaları niyə kəskin bahalaşır? - FOTOLAR

Ölkənin ərzaq bazarında son zamanlar kəskin şəkildə bahalaşma müşahidə olunur.

Anews.az xəbər verir ki, xüsusilə süd və süd məhsullarının bahalaşması əhalinin diqqətini çəkib. Dolllar bahalaşmadığı halda, yerli istehsala aid olan bu kimi məhsulların bahalaşması birmənalı qarşılanmır və çaşqınlıq yaradır.

Mövzu ilə bağlı iqtisadçı - ekspert Samir Əliev bildirir ki, daim müştərisi olduğu "Bizim market" mağazalar şəbəkəsində süd məhsullarının qiymət artımını müşahidə edib. Onun sözlərinə görə, məsələn "Milla" xamaları (20%-lik, 300 qramm) sürətlə bahalaşır:

"Milla" xamalarının qiyməti yanvarın əvvəli 1,56 AZN-ə, həmin ayın ortası 1,77 AZN-ə, fevralın əvvəli isə 1,96 AZN-ə qalxıb. Dekabrda isə yanvar ayı ilə müqayisədə bu xamaların qiyməti daha ucuz idi. Həmin xamanın yağlılığı 25% olan növünün dəyəri isə bu müddətdə 1,60 AZN-dən 2,15 AZN-ə yüksəlib. Bir sözlə, son 1-2 ayda bu yerli məhsullar təxminən 35% bahalaşıb. Bu, hələlik bir məhsul növü üzrədir. Yəqin ki digər məhsullarda da bahalaşma var", deyə Samir Əliyev vurğulayıb.

Ekspert həmçinin onu da əvalə edib ki, dolların bahalaşmadığı halda ərzaqların sürətli bir şəkildə bahalaşmasını vergi qanunvericiliyinə edilmiş dəyişikliklərlə əlaqələndirmək olar.

Yuxarıda qeyd olunan qiymət artımını "Bravo" supermarketlər şabəkəsinə aid mağazalarda da müşahidə etdik.

"Milla" xamaları niyə kəskin bahalaşır? - FOTOLAR
"Milla" xamaları niyə kəskin bahalaşır? - FOTOLAR

5-02-2019, 15:08



Fikirlər