Ötən il Azərbaycanda dövlət xətti ilə 262 mln. manata yaxın ipoteka krediti verilib

Ötən il Azərbaycanda dövlət xətti ilə 262 mln. manata yaxın ipoteka krediti verilib

Ötən il Azərbaycan bankları İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 261,7 mln. manat kredit verib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, əvvəlki illə müqayisədə 29% çoxdur.

Hesabat dövründə Fonda dövlət büdcəsindən illik müqayisədə 2 dəfə çox - 100 mln. manat vəsait ayrılıb. Fond özü isə 200 mln. manatlıq istiqraz buraxıb ki, bu da illik müqayisədə 24,5% azdır.

4-02-2019, 10:30



Fikirlər