Misli görünməmiş biabırçılıq

Misli görünməmiş biabırçılıq

Kişiliyindən imtina edən yaşlı kişi hamını şoka saldı

Türkiyənin Sivas şəhərində misli görünməmiş hadisə baş verib.

Anspress-in məlumatına görə, Suşehri rayonunda yaşayan 73 yaşlı kişi arvadını qaytara bilmədiyi üçün kişiliyindən imtina edib.

Belə ki, 73 yaşlı T.Ö.-nin həyat yoldaşı ayağında problem yarandığı üçün İstanbula gedib. Lakin bir il keçməsinə baxmayaraq, o, ərinin yanına qayıtmayıb. Qadın geri dönməməsinin səbəbinə əri ilə problemlər yaşaması ilə izah edib.

Dəfələrlə ərilə dalaşan qadın ömrünün qalan hissəsini İstanbulda uşaqlarının yanında keçirmək istədiyini bildirib.

T.Ö. arvadını geri qaytarmaq üçün ağlayıb-yalvarsa da, buna nail olmayıb. Bu zaman 6 uşaq atası kişiliyindən imtina etməyə qərar verib. Yaşlı kişi cinsiyyət üzvünü kəsərək çölə atıb.

Yaşlı kişini qonşuları huşsuz vəziyyətdə evdə tapıblar. Onu dərhal xəstəxanaya aparıblar. Həkimlər onun həyatını xilas edə biliblər. Lakin cinsiyyət üzvü tapılmayıb. T.Ö. ömrünün qalan hissəsini kişilik hissindən məhrum olacaq.

Həkimlər onun həyatı üçün təhlükə olmadığını bildiriblər.

23-02-2015, 21:54



Fikirlər