"Sabiha Gökçən"dən birbaşa Bakıya uçuşlar başlayacaq

"Sabiha Gökçən"dən birbaşa Bakıya uçuşlar başlayacaq

Mart ayından “Türk Hava Yolları” (THY) aviaşirkəti İstanbulun Sabiha Gökçən hava limanından qarşılıqlı olaraq Heydər Əliyev hava limanına uçuşlar həyata keçirəcək.

APA-nın “Türk Hava Yolları”nın yaydığı məlumata istinadən verdiyi xəbərə görə, şirkət uçuşlara cari ilin mart ayının 15-dən etibarən başlayacaq.

Qeyd edək ki, aviareyslər həftənin bütün günləri həyata keçiriləcək. Biletin qiyməti vergilər daxil olmaqla 275 avrodan başlayır.

23-02-2015, 21:48



Fikirlər