Təcavüzkar dayıya məhkəmədən AĞIR CƏZA

Təcavüzkar dayıya məhkəmədən AĞIR CƏZA

Bakı Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Ramil Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Realnews.az Trend-ə istinadən bildirir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Mehdiyev 8 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, R.Mehdiyev azyaşlı bacısı qızına təcavüz edib. O, azyaşlı qızla bir neçə dəfə seksual xarakterli hərəkətlər edib.
Azyaşlının ailə üzvlərinin hüquq-mühafizə orqanlarına şikayətindən sonra R.Mehdiyev həbs edilib.

İstintaq orqanı tərəfindən R.Mehdiyevə qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

30-01-2019, 10:50



Fikirlər