I siniflərə şagird qəbulu bu tarixdə başlanacaq - RƏSMİ

I siniflərə şagird qəbulu bu tarixdə başlanacaq - RƏSMİ

2019-2020-ci tədris ili üçün ümumtəhsil məktəblərinin I sinfinə şagird qəbuluna mart ayında başlanacaq.

Realnews.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən AzEdu.az-ın sorğusuna cavab olaraq bildirilib.

Məlumatda qeyd olunub ki, ümumtəhsil məktəblərində I sinfə şagird qəbulunun cari ilin mart ayında başlaması nəzərdə tutulur.

I sinfə şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsi ilə aparılacaq.

29-01-2019, 11:59



Fikirlər